• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Venesuella parlamenti ilə dostluq qrupuna sədr seçilib

CƏMİYYƏT

29 Iyun 2022 | 11:10 | Müəllif: Qalib İbrahimoğlu

Venesuella parlamenti ilə dostluq qrupuna sədr seçilib

Venesuella parlamenti ilə əlaqələr üzrə işçi qrupuna sədr seçilib.

Bakıvaxtı.az xəbər verir ki,  “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə layihə bu gün parlamentdə müzakirəyə çıxarılıb. Layihəni parlamentə təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Venesuella ilə dostluq qrupunun yaradılması müsbət haldır.

Layihəyə əsasən millət vəkili Tamam Cəfərovanın Venesuella ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib.

Layihə səs çoxluğu ilə qəbul olunub.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026