• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vətən müharibəsindən dərs almadılar: Cəza tədbirləri sərtləşdirilməlidir

GÜNDƏM

07 Sentyabr 2023 | 17:48 | Müəllif: Qalib İbrahimoğlu

Vətən müharibəsindən dərs almadılar: Cəza tədbirləri sərtləşdirilməlidir

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti ictimaiyyətə çağırış edib.

Bakıvaxtı.az-ın məlumatına görə, DTX-nin  Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrlə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır. Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır: "Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcək".

Bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını xatırladan DTX vətəndaşları arzuolunmaz addımlardan çəkinməyə çağırıb.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında bunun çox aktual məsələ olduğunu deyib.

Hüquq müdafiəçisi dəfələrlə yaranmış bu vəziyyətin ciddi təəssüf və məyusluq doğurduğunu söyləyib. Onun sözlərinəı görə, əfsuslar ki, 44 günlük Vətən müharibəsi zamanı baş vermiş məlum hadisələr də bəziləri üçün dərs, təcrübə olmadı: “Azərbaycan Ordusu müharibədə şanlı zəfər qazansa da, bir çox istiqamətlərdə itkilərimizin əsas səbəblərindən biri sosial şəbəkələrdə bəzi şəxslərin düşünmədən, məsuliyyətsizcəsinə "vətənpərvərlik" göstərməsi oldu. Onların hərbi və dövlət sirri mahiyyətindəki önəmli məlumatları, foto və video-görüntüləri paylaşması, hərbi hissələrin dislokasiyanı, hərəkət treaktoriyasını yayması çox ciddi problemlərin, fəsadların ortaya çıxmasına səbəbiyyət verdi”.

Əhməd Şahidov: Hərbi məsələlərlə bağlı müəyyən informasiyaları tirajlamaq yolverilməzdir

Müsahibimiz hesab edir ki, bəlkə bunlar olmasaydı, itkilərimiz daha az olardı. Növbəti dəfə, özü də dəfələrlə xəbərdarlıqlara baxmayaraq, bu cür hərəkətləri təkrarlamaq qəbuledilməzdir. Ümumiyyətlə, hərbi məsələlərlə bağlı müəyyən informasiyaları tirajlamaq yolverilməzdir.

Ə.Şahidov diqqətə çatdırıb ki, görünür, bu sahədə ciddi və davamlı maarifləndirmə işlərinə ehtiyac var: "Eyni zamanda cəza tədbirlərini daha da sərtləşdirmək lazımdır. Bu addımı atanlar təsbit olunaraq nümayişkaranə şəkildə dərhal məsuliyyətə cəlb olunmalı, cəzalandırılmalıdır. Onların işfa olunması və cəzalandırılması həmin niyyətdə olanlar üçün də dərs olmalıdır”.

“Başa düşə bilmirəm, belə şeyləri paylaşmaqla nəyə nail olmaq istəyirlər?! Bu, nəyin göstəricisidir? Vətəni, dövləti sevmək ilk növbədə onun maraqlarını qorumaqdan keçir. Belə addımlar heç də vətənpərvərlik deyil, silahlı qüvvələrimizin, əsgər və zabitlərimizin həyatını riskə atmaqdır. Bu da düşmənin ən çox istədiyi məsələdir. O baxımdan hər birimiz məsuliyyətimizi dərk etməliyik", - deyə Əhməd Şəhidov əlavə edək.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR