“Medika Hospital TA" Məhdud Məsuliyyətli Cəmiyyəti və cərrah – endoskopist Şamxal Mürsəlov məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Əliyeva Səlimə Qara qızı Bakı Apellyasiya Məhkəməsində "PƏTƏK T.A" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Medika Hospital TA"ya və Şamxal Mürsəlova qarşı iddia qaldırıb.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - maddi ziyanın ödənilməsilə bağlıdır.
İşə hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.
İbRa
















