Veysəloğlu Şirkətlər Qrupunun strukturunda olan “Veysəloğlu-Yaycılı-Qardaşlar” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, “Veysəloğlu-Yaycılı-Qardaşlar” barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib olunaraq iş Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məcəllənin 347-ci maddəsi nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsilə bağlıdır.
Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Gültəkin Əsədovanın sədrliyilə araşdırılacaq.
Ramid İbrahimov
















