Lazer epilasiyası vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsi ilə uix edilməsi prosesidir.
Bakıvaxtı.az xəbər verir ki, son zamanlar geniş istifadə edildiyi hər kəsə məlumdur. Lazer epilyasiya prosedurdan əvvəl tüklər gözə çarpan şəkildə seçilə bilər, lakin lazer tətbiqindən sonra bu problemin həll olunduğu müşahidə edilir. Lazer epilyasiyası tük foliküllərini hədəf alan bir tətbiq olduğundan tük böyüməsinin qarşısını almaq üçün edilir.
Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul var. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir. Lazer epilyasiyası üçün istifadə olunan cihazlar: Alexandrite Lazer (755 nm), Nd-Yag Lazer (1064 nm), Diode Lazer (810 nm.) kimi müxtəlif dalğa sürətlərində işləyən cihazlardır. Verilən məlumata görə, lazer epiliyasyasına getməzdən əvvəl və sonra bədəni buna hazırlamaq lazımdır.
Lazer Epilyasiyadan əvvəl
Hər bir insanın dəri tipi, dəri rəngi və tük quruluşu bir-birindən fərqlidir. Ona görə də lazer epilyasiya prosesi də fərdi şəkildə hazırlanmalıdır. İnsan üçün hazırlanan lazer epilyasiya proqramında diqqət çəkən əsas məqamlar bunlardır:
İnsanın dəri tipi
Saçların və tüklərin rəngi nədir?
Tük quruluşu (nazik, qalın və ya dərin köklü ola bilər)
İnsanın hər hansı bir şeyə allergiyası olub-olmaması
Keçmiş xəstəliklər
İstifadə etdiyi dərmanlar
Lazer epilyasiyadan əvvəl edilməli olanlar
Lazer epilyasiyası dəri üzərində edilən bir prosedur olduğundan dərinin quruluşu və vəziyyəti tətbiqi baxımından əhəmiyyətlidir. Lazer epilyasiya aparatında istehsal olunan lazer şüaları dəridən keçərək alt təbəqələrə çatmaq üçün nəzərdə tutulub. Burada yerləşən tük kökünə çatmağı hədəfləyən şüalar bu bölgədə təsirli olmağı hədəfləyir. Lazer epilyasiya tətbiqindən maksimum effekt əldə etmək üçün tətbiqdən əvvəl bəzi işlər görülməlidir:
Lazer epilyasiyadan əvvəl günəş vannası qəbul etməməlisiniz.
Lazer epilyasiyadan əvvəl tükləri naqqaşla qoparmaq kimi prosedurlar tətbiq edilməməlidir.
Epilyasiya ediləcək bölgəyə pilinq kimi tətbiqlər edilməməlidir.
Lazer epilyasiyası aparılacaq nahiyədə makiyaj olmamalıdır.
Lazer epilyasiyadan sonra
Lazer epilyasiya tətbiqində çox qısa müddətdə lazer impulsları edilir və şüalar dəriyə göndərilir. Lazer şüalarının saç kökü tərəfindən udulması və istilik enerjisinə çevrilməsi prinsipinə əsaslanan lazer epilyasiyasından sonra bəzi dəyişiklikləri görmək olar. Bunların başında tətbiq olunan sahədə yüngül qızartı və ya çəhrayılıq görünə bilər. Bu normaldır və adətən 24 saat ərzində keçə bilər.
Lazer epilyasiya nahiyəsində qızartı bir gündən sonra getməzsə və ya nahiyədə su yığılması, qaşınma və yüksək səviyyədə ağrılar davam edərsə həkimə müraciət edilməlidir. Lazer epilyasiya bölgəsindəki tüklər bir neçə gündən sonra yenidən çıxa bilər. Amma bunlar adətən kökləri məhv olmuş tüklərdir. Zamanla tökülməyə başlayan bu tüklər vanna otağında rahatlıqla təmizlənə bilər.
Lazer epilyasiyadan sonra nə edilməli olanlar
Lazer epilyasiyası müəyyən dəqiqlik və diqqət tələb edən bir prosesdir. Lazer epilyasiyadan əvvəl bir çox məqamlara diqqət yetirildiyi kimi prosedurdan sonra da bəzi məqamlara diqqət yetirilməlidir:
Lazer epilyasiyası tətbiq edildikdən sonra bədən birbaşa günəş şüalarına məruz qalmamalıdır.
Günəşə çıxmasanız belə, yüksək faktorlu günəş kremindən istifadə edilməlidir.
Epilyasiyadan sonra isti su ilə çimmək, idman etmək olmaz.
Lazer epilyasiya tətbiqindən sonra dərini qıcıqlandıra biləcək pilinq və skrab kimi tətbiqlərdən qaçınılmalıdır.
Lazer epilyasiya edilən nahiyədə ən az 3 gün təraş kimi prosedurlar edilməməlidir.
Xəyalə Rza