• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vidadi İsgəndərli bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

HADİSƏ

30 Sentyabr 2024 | 10:44

Vidadi İsgəndərli bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hadisə Mülyuz (Mulhouse) şəhərində baş verib: “Bu şəhərdə yaşayan Vidadi İsgəndərli sentyabrın 29-u səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar”.

Qeyd edilib ki, V. İsgəndərli indi reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026