• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

CƏMİYYƏT

02 Yanvar 2022 | 18:06 | Müəllif: Subhan Mahmudov

Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Bakıvaxtı.az-ın Manşet.az-a istiadən verdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Babək Rüstəmov Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi, digər əmrlərlə polis polkovnik-leytenantı İlham Əhmədov müvəqqəti saxlanma təcridxanasının rəisi, polis kapitanı Ata Atayev isə idarənin yeniyetmələrlə iş üzrə şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovniki Cavid Muradov təyin edildikdən sonra idarədə kompleks yoxlamalara başlanmış, bir sıra yüksək vəzifəli polis zabitləri işdən çıxarılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR