• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vüqar Süleymanov Ralf Horlemannla görüşdü

CƏMİYYƏT

11 Oktyabr 2022 | 11:34

Vüqar Süleymanov Ralf Horlemannla görüşdü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann arasında görüş baş tutub.

ANAMA-dan Bakıvaxtı.az-a verilən xəbərə görə, Vüqar Süleymanov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları, eləcə də istifadə olunan ən son texnoloji metod və vasitələrə dair məlumat verilib.

Görüş əsnasında Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Almaniya Federativ Respublikasının mümkün dəstəyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Səfir Ralf Horlemann Qarabağda təhlükəsiz mühitin yaradılmasında ən böyük maneə olan mina probleminin həlli istiqamətində icra edilən genişmiqyaslı fəaliyyətdən və bərpa-quruculuq işlərinin gedişatından təsirləndiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR