• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vüsal Mehraliyev saxlanıldı - FOTO

HADİSƏ

03 Sentyabr 2024 | 09:24

Vüsal Mehraliyev saxlanıldı - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dələduzluq etməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Vüsal Mehraliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, həmin şəxs zərərçəkənləri ev təmiri və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib.

    Araşdırmalarla onun paytaxt və bölgələrdə daha bir neçə vətəndaşa qarşı analoji əməllər etdiyi məlum olub.

    V.Mehraliyev dələduzluq etdiyi şəxslərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib.

    Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    V.Mehralıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.


    Vüsal Mehraliyev saxlanıldı - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026