• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xaçmazda qadın tanışı tərəfindən qətlə yetirildi

CƏMİYYƏT

30 Iyul 2021 | 13:47 | Müəllif: Subhan Mahmudov

Xaçmazda qadın tanışı tərəfindən qətlə yetirildi

İyulun 30-u səhər saatlarında Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xaçmaz rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR