• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Xaçmazda zəncirvari qəza

HADİSƏ

07 Yanvar 2024 | 19:56

Xaçmazda zəncirvari qəza

Xaçmazda zəncirvari avtomobil qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza zamanı iki nəfər xəsarət alıb.

Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəzaya uğrayan "VAZ 2107" sonradan yolun kənarında dayanan başqa bir minik avtomobilinə də çırpılıb.

Hadisə zamanı xəsarət alan iki nəfər təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026