Sərnişin daşıma xidməti göstərən “Xaliq Faiqoğlu” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, avtomobil sektorunda ehtiyat hissələrinin idxalı və topdan satışını həyata keçirən “LOKOMOTİV” MMC Bakı Kommersiya Məhkəməsində “Xaliq Faiqoğlu” MMC-yə qarşı iddia qaldırıb.
İşə hakim Emin Əliyevin sədrliyilə baxılacaq.
İşin mahiyyəti müqavilələrdən (alqı-satqı müqaviləsi) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
Nizamnamə kapitalı 20 manat olan “Xaliq Faiqoğlu” MMC-nin qanuni təmsilçisi Seydiov Faiq Sadıq oğludur. Rəsmi məlumata görə, bu gün sözügedən şirkətin dövlət büdcəsinə 360 min 389 manat
vergi borcu var.
Nizamnamə kapitalı 10 manat olan “LOKOMOTİV” MMC-nin qanuni təmsilçisi Nəbiyev Anar Nüsrət oğludur.
Ramid İbrahimov
















