• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xalq artisti Elgizin anasından üzr istədi

CƏMİYYƏT

06 Iyun 2021 | 15:32

Xalq artisti Elgizin anasından üzr istədi

Birinci təşəkkür edirəm ki, bədxahlar aramıza girdilər, amma sən ünvanıma qeyri-etik söz işlətmədin. Heç yadıma gəlmir ki, sənə təhqiramiz söz deyim. Sənin aparıcılığın, peşəkarlığın xoşuma gəlir. 16 ildir şou adı olan verilişlərə getmirəm.

Bakıvaxtı.az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Elxan Qasımov "Elgizlə izlə" verilişinə zəng edərkən deyib.

Aktyor aparıcı Elgiz Əkbərə "eybəcər" deməsindən danışıb: "Bu söhbəti böyüdüblər ki, reytinqimiz aşağı düşsün. Ya sənə, ya mənə qarşı təxribatdır. 75 yaşında insanam, hamıya gözəl sözlər deyən biri kimi tanınmışam. Birdən-birə bizi bir-birimizə qarşı belə döndərmək, bunu Şekispirin Yaqosu da etməzdi. Fürsətdən istifadə edib, anandan üzr istəyirəm. Səndən üzr istəyə bilmərəm, yaşım o deyil. Biz barışaq, özümüz buna nöqtə qoyaq. Əgər desəydim ki, "gözəl insandı" yaşadığı binada, işdə heç kim gətirib o qəzeti ona verməzdi. Ola bilsin ki, demişəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026