• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ramiz Novruz səhhətindən danışdı: "... ondan müalicə alıram" - YENİLƏNİB

MƏDƏNİYYƏT

12 Dekabr 2021 | 11:34 | Müəllif: Qalib İbrahimoğlu

Ramiz Novruz səhhətindən danışdı: "... ondan müalicə alıram" - YENİLƏNİB

Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakıvaxtı.az-ıın məlumatına görə, o, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Ciddi bir şey olsa belə hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.

Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam."

Qeyd edək ki, dünən Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı.

***

11 dekabr, 23:33

Xalq artisti Ramiz Novruzun səhhətində problem yaranıb.

Bakıvaxtı.az ilkxeber.az-a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Cavidan Novruz bildirib. R.Novruzun təcili olaraq xəstəxanaya yerləşdirildiyini deyən C.Novruz atasına mədə xərçəngi diaqnozu qoyulduğunu deyib.

Ramiz Novruzun müalicəsi Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevə tərəfindən nəzarətə götürülüb.

Hal-Hazırda vəziyyəti qənaətbəxşdir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026