"Əməkdar artist Elxan Qasımovun vəziyyəti ağırdır".
Bunu Bakıvaxtı.az-a Əməkdar artist Elxan Qasımovun dostu, kinorejissor Tahir Tahiroviç deyib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən Əməkdar atristin müalicələri davam etdirilir:
"Vəziyəti ağır olaraq qalır. Həkimlər əllərindən gələni edirlər. Bu proses hər halda az çəkməyəcək. Bir müddət davam edəcək. Dualarınızı əsirgəməyin".
Qeyd edək ki, Əməkdar artist Elxan Qasımovun səhhətində yenidən problem yaranıb. Kəmalə Qasımova bildirib ki, atasının şah damarında qanaxma yaranıb, əməliyyat olunub.
Hazırda xəstəxanada müalicə alır.
Xəyalə Rza









jpg-1686308038.webp)






