• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Uşaqlar belə cinsiyyətlərini dəyişmə qərarı verə bilər" - Murad Arif

MƏDƏNİYYƏT

09 Iyun 2023 | 13:58

"Uşaqlar belə cinsiyyətlərini dəyişmə qərarı verə bilər" - Murad Arif

"Bir neçə gün əvvəl İlon Mask bütün sivil dünyanı çalxaladı: Bu filmi paylaşaraq, bütün valideynlərin baxmasını tövsiyə etdi. Məsələnin qalmaqallı tərəfi odur ki, "Qadın kimdir?" filmi ABŞ-də uşaqlar arasındakı cinsiyyət dəyişmə, cinslərarası bioloji fərqləri inkar etməyin yaratdığı çirkin reallıq haqqında bəhs edilir. Bunu İlon Mask kimi dünyanın ən əsas, varlı adamlarından biri paylaşırsa, bu hərəkət haradasa inqilabi sayıla bilər".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi məşhur "Qadın kimdir?" sənədli filmi ilə bağlı fikirlərini bölüşüb:

"Görünən odur ki, "Yeni dünyanın" baxışına görə cinsiyyət və gender fərqli şeylərdir. Kişi kimi doğulan bioloji fərd özünə qadın deyirsə, cəmiyyət bunu şərtsiz qəbul etməlidir. Hətta uşaqlar belə, cinslərini dəyişmək qərarı verə bilər. Bəzən bu əməliyyatlar valideynlərin etirazına rəğmən edilir. Film bütün bu olayları açıb-ağardır. yutubdan silinməmiş baxın".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR