• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Xəzərdə köməksiz qalan iki nəfər xilas edildi - FOTO

HADİSƏ

23 Noyabr 2021 | 10:28

Xəzərdə köməksiz qalan iki nəfər xilas edildi - FOTO

Noyabrın 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticə­sində qayığın koordi­natları müəyyənləşdirilib, əraziyə göndərilən sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil

Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunub.


Xəzərdə köməksiz qalan iki nəfər xilas edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR