• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Xəzərdəki vulkanla bağlı FHN-də xüsusi qrup YARADILDI

GÜNDƏM

05 Iyul 2021 | 12:54

Xəzərdəki vulkanla bağlı FHN-də xüsusi qrup YARADILDI

“Ötən gün baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi qrup yaradılıb”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov deyib.

Onun sözlərinə görə, xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək: 

“Daha sonra isə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ancaq palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir”.

O qeyd edib ki, bu gün helikopter tərəfindən həmin yerə baxış keçirilib:

“Salyan rayonunun sahildən 33 kilometr məsafədə Daşlı adada palçıq vulkanı baş verib. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR