• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə meşə yanğınları: "Qardaş ölkə bu bəladan qurtulduqan sonra da Azərbaycan..."

GÜNDƏM

04 Avqust 2021 | 10:20

Türkiyədə meşə yanğınları: "Qardaş ölkə bu bəladan qurtulduqan sonra da Azərbaycan..."

Türkiyə günlərdir azı altı şəhərdə davam edən yanğınlarla mübarizəni davam etdirir. Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli deyib ki, iyulun 28-dən avqustun 3-dək 38 bölgədə 163 yanğın çıxıb, onlardan 152-si söndürülüb.

Yanğınlar artıq on nəfərə qədər insanın həyatına son qoyub, saysız canlı tələfatına, onlarla binanın məhvinə səbəb olub, Bodrum və Antalyadan turistlər evakuasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, son illər Türkiyəyə qarşı həm siyasi, həm iqtisadi qərarlar qardaş ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma hər zaman Türkiyə bu sınaqlardan çıxa bilib.

“Türkiyənin mövcud maliyyə imkanları bu sınaqdan da çıxmağa imkan verəcəkmi? 794 milyard dollar nominal ÜDM ilə Böyük İyyirmiliyin üzvü olan Türkiyə illik 167 milyard dollarlıq ixrac ilə dünyanın 26-ci ən böyük eksport potensialı olan ölkəsidir. “Trade Economics”-in məlumatına görə, hazırda Türkiyənin xarici valyuta ehtiyatları 62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard dollar olduğunu bəyan edib. 

Pandemiyanın təsirlərinə baxmayaraq Türkiyə iqtisadiyyatı ötən il 1.8 faiz artıb. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv olan ölkələr arasında Türkiyə Çindən sonra 2020-ci ilə ən böyük iqtisadi artıma nail ola bilən ölkədir. Göründüyü kimi, “lock-down” tədbirlərinə və iqtisadi məhdudlaşdırmalara rəğmən Türkiyədə ÜDM ötən il tam rəqəmli böyüyə bilib.

Bir müddət öncə isə rəsmi Ankara son illər iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərclədiyini bəyan etmişdi. Bu isə ondan xəbər verirdi ki, qardaş ölkədə bu oxşar sınaqlar mütəmadi müşahidə olunur. Deməli, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə alsaq Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan qaldırmaq gücünə malikdir”,-deyə V.Bayramov bildirib.

Azərbaycan Fövqalədə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin Türkiyədə yanğınlarla mübarizəni davam etdirdiyini qeyd edən deputat bildirib ki, son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib: “Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcəyi gözlənilir. Azərbaycanın Türkiyəyə sərmayə qoyluşları qardaş ölkənin iqtisadiyyatına dəstəkdir. Türkiyə bu bəladan qurtulduqan sonra da Azərbaycan sərmayəsi qardaş ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə töhvə olacaq”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026