• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

XİN-dən Ermənistana CAVAB

SİYASƏT

15 Mart 2022 | 18:36 | Müəllif: Subhan Mahmudov

XİN-dən Ermənistana CAVAB

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşmasına dair təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərini şərh edib.

XİN-dən Bakıvaxtı.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı rəsmi Bakının mövqeyi aydın və ardıcıldır.

"Biz dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük. Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır. Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir", - o bildirib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026