• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Xırdalanda çoxmərtəbəli binada YANĞIN

HADİSƏ

07 Oktyabr 2021 | 23:18

Xırdalanda çoxmərtəbəli binada YANĞIN

Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin eyvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, "112" qaynar xətt nömrəsinə sözügedən binada yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Qurum rəsmisi qeyd edib ki, qısa müddətdə alovun qarşısı alınıb, yanğın digər mənzillərə keçməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026