• Bakı 18° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Xırdalanda intihara cəhdin qarşısı ALINDI

CƏMİYYƏT

05 May 2025 | 11:35

Xırdalanda intihara cəhdin qarşısı ALINDI

Abşeron rayonunda ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib.

    Bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1999-cu il təvəllüdlü Bəşirov Aməddin Niyaməddin oğlu özünə xəsarət yetirdikdən sonra altımərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edir.

    Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.

    Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


    SON XƏBƏRLƏR