• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Yalçın Rəfiyev Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb

SİYASƏT

30 Dekabr 2024 | 13:42

Yalçın Rəfiyev Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rafiyev Suriyaya dövlətçiliyinin bərpasının çətin mərhələsində uğurlar arzulayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir müavini Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən əş-Şibani ilə görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əziz qardaşlar, səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Burada, Dəməşqdə, Azərbaycanın suriyalı qardaş və bacılarımızla həmrəyliyini ifadə etdik. Onlar dövlətçiliyin bərpası və Suriyanın dostları ilə əlaqələrin qurulmasının həlledici mərhələsinə qədəm qoyublar. Bu mühüm təşəbbüsdə sizə uğurlar arzulayıram”.


SON XƏBƏRLƏR

01 Yanvar 2025