• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Yanvar çağırışı ilə bağlı müzakirə baş tutub

CƏMİYYƏT

29 Avqust 2024 | 16:16

Yanvar çağırışı ilə bağlı müzakirə baş tutub

Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması prosesi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

Diqqətə çatdırılıb ki, Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlər görülüb. Vurğulanıb ki, çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilib.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

 


SON XƏBƏRLƏR

13 Sentyabr 2024