Yaponiya xarici işlər naziri Takeşi İvaya (Takeshi Iwaya) AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təyyarə qəzasından sonra Yaponiya XİN başçısı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova mesaj göndərərək faciə qurbanlarına rəhmət, yaralananlara isə şəfa diləyib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.