Yaponiyada yağan güclü yağışlar fəsadlar törədib.
Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, ölkənin cənub qərbi və mərkəzi hissələrinə leysan yağışların nəticəsində altı nəfər ölüb, 4 nəfər xəsarət alıb və daha dörd nəfər itkin düşüb.
Qeyd edək ki, artıq bir neçə gündür Yaponiyada güclü yağışlar davam edir. Ölkənin cənub-qərbindəki bəzi bölgələrdə son üç gündə 700 ilə 1000 mm arasında yağıntı düşüb ki, bu da avqust ayının ortalama normasından 3 dəfə çoxdur. Yağışlar çaylarda və su anbarlarında suyun səviyyəsinin kritik səviyyəyə yüksəlməsinə səbəb olub.
















