• Bakı 11° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Yaponiyada 5,9 bal gücündə zəlzələ olub - YENİLƏNİB

HADİSƏ

03 Iyun 2024 | 09:44

Yaponiyada 5,9 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Yaponiyanın İşikava prefekturasında ardıcıl baş verən 5,9 və 4,8 bal gücündə iki yeraltı təkan zamanı ilkin məlumata görə, 5 binaya ciddi ziyan dəyib.

Bakıvaxtı.az-ın “Kyodo News” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bu barədə prefektura rəhbərliyi məlumat yayıb.

    Bildirilib ki, ada ərazisindəki atom elektrik stansiyalarından birində müvəqqəti nasazlıq baş versə də, qısa müddətdə aradan qaldırılıb.

    Prefekturanın yüksək dağlıq ərazilərindəki bəzi evlərdə xırda çatlar əmələ gəlib. Hazırda tikinti briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlərə cəlb olunub.

    ***

    04:38

    Yaponiyanın İşikava prefekturasında güclü zəlzələ baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb.

    Qeyd olunub ki, 5,9 maqnitudalı zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

    Yeraltı təkanların episentri Noto yarımadası ərazisində qeydə alınıb.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

    Birinci zəlzələdən 10 dəqiqə sonra həmin ərazidə eyni gücdə daha bir zəlzələ baş verib. Yerli sakinlərə təkrar zəlzələlərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.(Report)


    SON XƏBƏRLƏR