• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yaqub Zurufçu harada dəfn olunacaq? - Rəsmi

CƏMİYYƏT

14 Sentyabr 2021 | 21:13 | Müəllif: Subhan Mahmudov

Yaqub Zurufçu harada dəfn olunacaq? - Rəsmi

Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, əməkdar artist bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub.

Qeyd edək ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub.

Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.

Kult.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026