• Bakı 18° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Yasamalda 4 kq narkotik ələ keçirildi

HADİSƏ

22 Aprel 2024 | 11:35

Yasamalda 4 kq narkotik ələ keçirildi

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib. H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı PB-nın əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.


SON XƏBƏRLƏR

14 Mart 2025