• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qucaqlaşmaq stressin dərmanıymış

CƏMİYYƏT

26 Fevral 2024 | 12:59

Qucaqlaşmaq stressin dərmanıymış

Mehriban toxunuş və qucaqlaşma oksitosin səviyyəsini artırıb kortizol səviyyəsini aşağı salaraq insanı rahatladır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu, Almaniyanın Heidelberg Universitetində aparılan bir araşdırmanın nəticəsidir.

Psixiatr Dos. Dr. Taha Can Tuman bildirib ki, oksitosin ana-uşaq və cütlük arasındakı əlaqəyə təsir edən bir hormondur. Onun sözlərinə görə, oksitosin stressi azaldır, antidepresan və anksiyolitik təsir göstərir:

“Toxunma və qucaqlaşma kimi təmaslar oksitosin səviyyəsini artırır, kortizol səviyyəsini azaldır. Yəni stressi azaldaraq insanı sakitləşdirir. Əlavə olaraq, əl tutma ilə bağlı araşdırma göstərdi ki, qadınlar ərlərinin əlini tutduqda stress səviyyələri azalır”.

Nevroloq Prof. Dr. Serdar Dağ qeyd edib ki, qucaqlaşmaq, əl tutmaq və göz təması qurmaq inamı artırır:

"Qucaqlaşarkən bədəndə təkcə oksitosin deyil, serotonin kimi hormonlar da artır, stressi artıran adrenalin, kortizol kimi hormonlar isə azalır. Bir-birini qucaqlayanda hər iki tərəfdən hormonal yüksəlişlər səbəbiylə güvən hissi artır. Amma, təbii ki, qucaqlaşmaq depressiya və ya hər hansı digər xəstəliyi müalicə etmir. Müalicə başqa məsələdir, amma xəstələnməməyə kömək edir”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR