• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Beynimiz nəsildən-nəslə böyüyür - TƏDQİQAT

CƏMİYYƏT

27 Mart 2024 | 10:30

Beynimiz nəsildən-nəslə böyüyür - TƏDQİQAT

İnsan beyninin ölçüsü zamanla tədricən artır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, aparılan araşdırmanın nəticələrinə görə, bu, gənc nəsillərdə demansiya riskini azalda bilər.

Məlumata görə, yaşı 55-65 arasında olan üç mindən çox amerikalının beyninin təsviri ilə aparılan araşdırma 1970-ci illərdə doğulanların ümumi beyin həcminin 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha çox olduğunu ortaya qoyub.

1965-1980-ci illər arasında anadan olan insanlar səssiz nəsil üzvlərinə (1928-1945-ci illər arasında anadan olmuş insanlar) nisbətən demək olar ki, 8 faiz daha çox ağ maddə həcminə, 15 faiz daha çox boz maddə səthinə malikdirlər.

Yaddaş və öyrənmədə mühüm rol oynayan beynin hipokampus adlanan xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillər ərzində həcmcə yüzdə 5,7 genişlənib.

Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz DeKarli bildirib ki, bir insanın doğulduğu on il beyin ölçüsünə və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir göstərir. Onun sözlərinə görə. genetika beyin ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır: “Lakin əldə etdiyimiz nəticələr sağlamlıq, sosial, mədəni və təhsil faktorları kimi xarici təsirlərin də rol oynaya biləcəyini göstərir”.

Bu gün demansiya bütün dünyada on milyonlarla insana təsir edir. Dünya əhalisinin qocalması ilə yaxın üç onillikdə xəstəliyin diaqnozu üç dəfə artacaq. Ancaq düşünmək üçün ümidverici bir şey var: Son üç onillikdə ABŞ və Avropada demans halları hər on ildə, təxminən, 13 faiz azalıb. Gənc nəsillərdə demensiyanın mütləq riski, ehtimal ki, daha sağlam həyat tərzi və tərbiyə ilə əlaqədar olaraq azalır.

Qeyd edək ki, demansiya bir çox digər idrak prosesləri arasında yaddaş, öyrənmə və düşünmədə rol oynayan korteks adlanan beynin boz maddəsinin incəlməsi ilə özünü göstərir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026