• Bakı C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Yeni ildən gəlir vergisində kimlərə güzəşt ediləcək?

CƏMİYYƏT

29 Dekabr 2025 | 10:43

Yeni ildən gəlir vergisində kimlərə güzəşt ediləcək?

“Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov şərh verib.

O qeyd edib ki, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur: “Yəni əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat- 200 manat X 3 faiz).

Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək, maaş alırlarsa heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə, cəmi 6 manat (1000 manat-800 manat X 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur”.

“Qazilərimiz, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşlarımızın gəlirindən isə 400 manat azaldılır. Yəni gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əməkhaqqı məbləğindədirsə, vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat (1000 manat- 400 manat X 3 faiz) vergi ödəyəcəklər.

Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlarla yanaşı, son illər ölkəmizdə orta aylıq əməkhaqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinin artırılması məqsədəuyğun olardı”, - deputat əlavə edib.


SON XƏBƏRLƏR

28 Dekabr 2025