Yevlaxda yanğın olub.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə şəhərin Salahlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















