• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Yevlaxda narkotacir saxlandı

CƏMİYYƏT

22 Avqust 2022 | 10:56 | Müəllif: Subhan Mahmudov

Yevlaxda narkotacir saxlandı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Muradov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 1 kiloqram 645 qram marixuana, 73 qram tiryək, 64 qram metamfetamin və 1 ədəd bıçaq maddi sübut kimi aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026