• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Yol kənarında silah-sursat aşkarlanıb

CƏMİYYƏT

06 Dekabr 2023 | 08:41

Yol kənarında silah-sursat aşkarlanıb

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndi ərazisində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

    Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 9 ədəd 7.62 mm-lik patron və bir ədəd 16 kalibirli, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.

    Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir

     


    Yol kənarında silah-sursat aşkarlanıb
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR