• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yol polisi hava ilə bağlı sürücülərə müraciət edib

CƏMİYYƏT

15 Iyul 2025 | 12:22 | Müəllif: Gülşən Şərif

Yol polisi hava ilə bağlı sürücülərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Məlumdur ki, isti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır ki, bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez biruzə verir.

Baş Dövlət Yol Polisi İdarəsi belə halların sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır. Unutmayaq, təhlükəsizliyimizə diqqət həyatımıza verdiyimiz dəyərdir!".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026