• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Yunanıstan ukraynalı pilotlara təlim keçəcək

DÜNYA

22 Avqust 2023 | 09:29 | Müəllif: Subhan Mahmudov

Yunanıstan ukraynalı pilotlara təlim keçəcək

Yunanıstan ukraynalı pilotlara F-16-ların idarə edilməsi istiqamətində təlim keçəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Yunanıstanda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat nümayəndələri üçün keçirilən görüşdə deyib.

V. Zelenski bildirib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşdə Ukraynanın müdafiə qabiliyyətini müzakirə edib və Rusiyanın təcavüzünün sonunu sürətləndirə biləcək konkret məqamlar barədə danışıb.

“Biz bu gün aviasiya koalisiyası üçün vacib nəticələrə sahibik. Yunanıstan ukraynalı pilotlara F-16-ların idarə edilməsi istiqamətində təlim keçəcək”, - deyə V.Zelenski vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026