Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.
Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
***
26.06.2023-cü il tarixində saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130 m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.
Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb. Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
17:34
Zabratda "Gəncə Təndir"ində partlayış baş verib.
Bakıvaxtı.az bildirir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü işçi, bir nəfər isə müştəri olub.
Hazırda ərazidən partlayış fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.
İlkin məlumata görə, hadisə obyektdəki qaz balonunun partlamasına nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır./apa








jpg-1690360217.webp)
jpg-1690350203.webp)






