• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Zalujnının köməkçisi faciəli şəkildə öldü

DÜNYA

06 Noyabr 2023 | 23:22

Zalujnının köməkçisi faciəli şəkildə öldü

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çestyakov Kiyev yaxınlığındakı evində qumbaranın partlaması nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri məlumat yayıb.

Hadisə Çaiki kəndində olub, 39 yaşlı hərbçi döyüş sursatı ilə ehtiyatsız davranması nəticəsində dünyasını dəyişib. Onun 13 yaşlı oğlu ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Partlayış zamanı evdə mərhumun həyat yoldaşı və qızı da olub. İlkin məlumata görə, onlar xəsarət almayıb.
​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR