• Bakı 23° C

    4.75 m/s

Zaqatala sakinlərindən 4 tüfəng götürüldü

HADİSƏ

16 Yanvar 2023 | 17:48

Zaqatala sakinlərindən 4 tüfəng götürüldü

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülüməsi istiqamətində bir neçə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məluata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Arif Məmmədov, Hacıxan Heydərov, Nürəddin Hüseynov və Zülfüqar Yusifovdan qanunsuz olaraq saxladıqları, ümumilikdə 4 ədəd ov tüfəngi aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026