• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zaqatalada 100-ə yaxın şəxs toya buraxılmadı

CƏMİYYƏT

10 Avqust 2021 | 19:24 | Müəllif: Subhan Mahmudov

Zaqatalada 100-ə yaxın şəxs toya buraxılmadı

Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, monitorinq zamanı şadlıq saraylarının sahibi və icarədarları ilə profilaktik söhbətlər aparılıb, mövcud rejimin qayda və tələbləri onların diqqətinə çatdırılıb.

Həmçinin polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı toy mərasimlərinə dəvət edilən qonaqlar içərisində ümumilikdə 100-ə yaxınının COVID pasportu olmadığı aşkarlanıb. Onların saraylara girişinə icazə verilməyib və pandemiya dövrünün tələbləri həmin şəxslərə izah olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026