• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Xərçəngə səbəb olan məşhur qidalar

CƏMİYYƏT

09 Sentyabr 2021 | 18:26 | Müəllif: Subhan Mahmudov

Xərçəngə səbəb olan məşhur qidalar

Moskvanın məşhur həkimi, teleaparıcı Aleksandr Myasnikov xərçəng xəstəliyinə səbəb ola biləcək məhsulların adlarını açıqlayıb.

Bakıvaxtı.az Medicina.az-a istinadən xəbər verir ki, sağlam olmayan pəhrizin hər beşdə biri xərçəngə səbəb olur.

Həkim piylənməyə səbəb ola biləcək və nəticədə qanda insulin səviyyəsini artıracaq qidalardan uzaq durmağı tövsiyə edir. Myasnikov vurğulayıb ki, diabet xəstələrində bədxassəli şiş riski 8 dəfə artır. O, un məhsullarının zərərlərini sadalayıb.

Həkim “Rossiya-1” telekanalında “Şəkər, duz, düyü, makaron, çörək yeməyə ehtiyac yoxdur. Bütün bunlar kökəlməyə, şəkərin artmasına və xəstəliklərə, xərçəngə səbəb olur” deyib.

Myasnikov hətta orta dozada döş və bağırsaq xərçənginin inkişaf riskini artıran spirtli içkilərdən də danışıb. Həkim qeyd edib ki, çox miqdarda duz istehlakı mədə xərçənginə səbəb ola bilər - duz, spirtli içki və siqaret kanserogen.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026