• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Peyvənd vurdurmayan müəllimlərə maaş veriləcək? - RƏSMİ CAVAB

CƏMİYYƏT

09 Sentyabr 2021 | 17:38

Peyvənd vurdurmayan müəllimlərə maaş veriləcək? - RƏSMİ CAVAB

“Vaksin vurdurmayan və əks göstəriş sertifikatı olmayan təhsil işçilərinin əmək haqlarının ödənilməsilə bağlı məsələ müzakirə olunur. Hətta məsələ ilə bağlı Nazirlər Kabinetində yeni qaydalar hazırlanır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O qeyd edib ki, qərar qəbul edildikdən sonra ətraflı məlumat veriləcək: “Xatırladım ki, əks göstəriş və immun sertifikatı olmayan işçilər məktəblərə buraxılmayacaq. Bəzi müəssisələrdə peyvəndlənmə icbaridir. Çünki burada insanlar böyük kütləylə işləyirlər. Hesab edirik ki, təhsil müəssisələri də bu siyahıya aiddir. Nəzərə alaq ki, təhsil işçilərinin böyük əksəriyyəti yaşlı insanlardır. Onların sağlamlıqlarını düşünürək bu qərarı vermişik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026