• Bakı 18° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Maşın ağaca çırpıldı, sürücü öldü

HADİSƏ

05 May 2025 | 08:09

Maşın ağaca çırpıldı, sürücü öldü

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişindən keçən hissəsində baş verib.

    Belə ki, 1985-ci il təvəllüdlü, Zaqatala rayonu Muğanlı kənd sakini Elsevər Mahmud oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

    Qəza nəticəsində sürücü E.Məmmədov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və o, sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

    E.Məmmədovun meyiti hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib.

    Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    04 May 2025