• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Zaqatalada dəhşətli qəza - Avtomobil çaya düşdü

HADİSƏ

12 Iyul 2023 | 09:38

Zaqatalada dəhşətli qəza - Avtomobil çaya düşdü

Zaqatalada iki minik avtomobili toqquşub, qəzadan sonra maşınlardan biri çaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Zaqatala-Aşağı Tala avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra avtomobillərdən biri idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Yuxarı Tala kənd sakini 1983-cü il təvəllüdlü Elçin Tacəddin oğlu Məmmədov və Aşağı Tala kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Abdulla oğlu Zamanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026