• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zaqatalada ərin arvadını öldürməsinin bəzi təfərrüatları üzə çıxdı - YENİLƏNİB

HADİSƏ

17 Mart 2023 | 10:52

Zaqatalada ərin arvadını öldürməsinin bəzi təfərrüatları üzə çıxdı - YENİLƏNİB

Zaqatalada baş verən qətlin bəzi məqamları bilinib.

Bakıvaxtı.az xəbər verir ki, Firəngiz Yusifova və Məhəmməd Didiyev boşanma ərəfəsində olublar. Qadın uşağı ilə atası evinə gedib.

Bu gün kişi səhər saatlarında həyat yoldaşının yanına gəlib, boşanmaq istəmədiyini bildirib. Tərəflər arasında münaqişə olub.

Məhəmməd Didiyev ov tüfəngi ilə qadını qətlə yetirib.

Onların ikinci sinifdə təhsil alan oğlanları var. /Oxu.az

 

10:37

Zaqatalada arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub.

Zaqatala rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb,

İbtidai istintaq davam edir.

 

09:46

Martın 17-də saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.

 

09:37

Zaqatalada qətl hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 09 radələrində Zaqatala şəhəri, Dədə Qorqud meydanında baş verib.

Şəxsiyyəti dəqiqləşdirilməyən qadın əri tərəfindən qətlə yetirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqan əməkdaşları araşdırma aparır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR