• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zaqataladan sel keçdi, Daşkəsənə dolu düşdü - FAKTİKİ HAVA

CƏMİYYƏT

22 Iyun 2023 | 10:12

Zaqataladan sel keçdi, Daşkəsənə dolu düşdü - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Bakıvaxtı.az-a Xidmətdən məlumat verilib.

Düşən yağıntının miqdarı Göygöl, Balakən, Beyləqan, Daşkəsən, Gədəbəy, İmişli, Cəfərxan, Sabirabad rayonlarında və Abşeron yarımadasında 4 mm–dək olub.

Yağan leysan xarakterli yağış nəticəsində bu gün saat 08:00 radələrində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.

İyunun 22-də saat 08:18-də Daşkəsən rayonuna diametri 13 mm olan dolu düşüb.

Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iyunun 21-də iqlim normasından 1 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 15, Aran rayonlarında 31 dərəcəyədək isti təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR