• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zaxarova NATO-nu AŞ-dən təbliğat vasitəsi kimi istifadədə günahlandırdı

DÜNYA

16 Mart 2022 | 11:12

Zaxarova NATO-nu AŞ-dən təbliğat vasitəsi kimi istifadədə günahlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nu Avropa Şurasından təbliğat platforması kimi istifadə etməkdə günahlandırıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Sputnik” radiosunun efirində deyib.

“Bizim Avropa Şurası ilə heç bir əlaqəmiz yoxdur. Çünki bu təşkilat NATO-nun təbliğat vasitəsinə çevrilib. NATO-nun səyləri nəticəsində Alyans ölkələri AŞ daxilində gündəmi dəyişir”, - o deyib.

Zaxarova həmçinin vurğulayıb ki, NATO bu platformadan informasiya və siyasi kampaniyalar üçün istifadə etdiyi üçün AŞ çərçivəsində səmərəli və bərabərhüquqlu əməkdaşlıq mümkün deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026