• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Zəfər günü ABŞ-da qeyd olunacaq

SİYASƏT

04 Noyabr 2021 | 21:38

Zəfər günü ABŞ-da qeyd olunacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Amerika Birləşmiş Ştatlarına səfəri başlayır.

Bakıvaxtı.az xəbər verir ki, səfər zamanı Komitə sədri ABŞ-ın dörd ştatının beş şəhərində Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək, dünyanın müxtəlif ölkələrində olduğu kimi, Birləşmiş Ştatlarda da keçiriləcək Zəfər Günü tədbirlərinə qatılacaq.

Bundan başqa, səfər çərçivəsində ölkəmizə dost münasibəti bəsləyən və dəstək olan digər icmaların nümayəndələri ilə də görüşlər planlaşdırılır.

Səfər proqramında bir sıra rəsmi görüşlər də nəzərdə tutulur.

Qeyd edək ki, 8 noyabr - Zəfər Günü ilə bağlı dünya ölkələri üzrə Azərbaycan diasporunun 150-yə yaxın tədbiri keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026