• Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Zelenski azad edilmiş yaşayış məntəqələrinin SAYINI AÇIQLADI

DÜNYA

14 May 2022 | 00:44

Zelenski azad edilmiş yaşayış məntəqələrinin SAYINI AÇIQLADI

“Biz Ukraynanın işğaldan azad olunmuş ərazilərini bərpa etməyə davam edirik. Bu günə olan məlumata görə, 1 015 yaşayış məntəqəsi artıq işğaldan azad edilib”.

Bakıvaxtı.az report-a istinadla xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində deyib.

O, qeyd edib ki, bu, ötən sutka ilə müqayisədə 6 yaşayış məntəqəsi çoxdur: “İşığı, suyu, rabitəni, nəqliyyatı, sosial xidmətləri ora qaytaracağıq”.

“Təbii, biz hələ də işğal altında olan hər bir şəhəri, hər bir icmanı xatırlayırıq. Xerson və Melitopol, Berdyansk və Enerqodar, Mariupol və Donbasın bütün şəhər və qəsəbələri...

Xarkov vilayətinin tədricən azad olunması sübut edir ki, biz heç yaşayış məntəqəsini düşmənə verməyəcəyik”, - Prezident vurğulayıb.


SON XƏBƏRLƏR

18 Aprel 2024